Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:10

Elektron siqaretin ziyanı varmı?


Electronic sigarette
Electronic sigarette
-

Bir çoxları düşünür ki, elektron siqaretlər tütündən imtina etmək üçün əla vasitədir. Doğrudanmı belədir?

Əvvəla, onu qeyd edək ki, satış rəqəmlərinə görə, dünyada e-siqaret çəkənlərin sayı sürətlə artmaqdadır.

“Action on Smoking and Health” adlanan Britaniya xeyriyyə təşkilatı bu yaxınlarda keçirdiyi araşdırmada aydınlaşdırıb ki, 2010-cu ildən 2012-ci ilə qədər bu ölkədə e-siqaret çəkənlərin sayı 2 dəfədən çox artıb – 9 faizdən 22 faizə qalxıb.

Məlum olub ki, e-siqaret çəkənlərin hamısı əvvəllər adi siqaret çəkən olublar və onların 40 faizi hesab edir ki, e-siqaretə keçməklə, tütünün sağlamlığa vurduğu ziyandan can qurtarıblar.

Tütün xərçəng xəstəliyinə tutulma ehtimalını artırır - tüstüylə birlikdə ağciyərə zəhərli maddələrin dolması səbəbindən.

Bəs e-siqaretlərin sağlamlığa hansısa ziyanı varmı?

“Action on Smoking and Health”in araşdırmaçısı Amanda Sandford deyir e-siqaret heç də tam zərərsiz deyil. Çünki e-siqaretlərdə də nikotin var:

“İnsanı siqaret aludəçisi edən nikotindir. Amma siqaret çəkənlərin sağlamlığına əsas ziyanı nikotin yox, tütün tüstüsünün ciyərlərə çəkilməsi vurur. Elektron siqaretdə isə tütün tüstüsü yoxdur, insan sadəcə, nikotin qəbul edir. Tütünün tərkibindən ayrılanda və ayrıca olaraq qəbul ediləndə nikotin nisbətən ziyansızdır”.

E-siqaretdə kiçik batareya maye nikotini qızdırıb tüstüləndirir. Həmin tüstüdə qoxu yaratmaq üçün propilen-qlikol maddəsi də var.

Sandford deyir ki, e-siqaretlər Britaniyaya yeni gəldiyi üçün onların sağlamlığa necə
Belçikada siqaret qutusu
Belçikada siqaret qutusu
təsir etdiyini müəyyənləşdirmək çətindir, bu, vaxt tələb edir.

Suallardan biri də budur ki, e-siqaretin sağlamlığa ziyansız olduğunu düşünən adamlar onu adi siqaretlə müqayisədə daha çox çəkməyəcəklər ki? Və nikotinin belə çox qəbulu onların orqanizminə necə təsir edəcək?

Bundan başqa e-siqaretlər əsasən Çin və başqa Asiya ölkələrində istehsal edildiyi üçün onların istehsal prosesinin nə dərəcədə standartlara uyğun olması məsələsi də açıq qalır.

Xüsusən də e-siqaretdəki nikotinin miqdarı və qoxu yaradılması üçün istifadə edilən maddələrin tərkibi ilə bağlı.
XS
SM
MD
LG