Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

İsmayıllıya yeni icra başçısı təyin olundu


Mirdaməd Sadıqov
Mirdaməd Sadıqov
-
Prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin başqa sərəncamı ilə Mirdaməd Sadıqov İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

M. Sadıqov Azərbaycan Aqrar Universitetinin rektoru idi.

Bu ilin yanvarın ayında İsmayıllıda Nizami Ələkbərovun istefası tələbilə etiraz aksiyası keçirilmişdi. Aksiya polislə qarşıdurma ilə müşayiət olunmuşdu. 10-dan çox şəxs barəsində cinayət işi açılıb.

Mirdaməd Sadıqov

1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1977-ci ildən 1982-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutu komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1982-ci ildə maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.

1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru (Azərbaycan Maliyyə-İqtisad Kolleci) olub.

1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib.

2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb.

2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.

İqtisad elmləri doktoru, professordur. Ailəlidir. 4 övlad atasıdır.

1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
XS
SM
MD
LG