Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 14:06

Bakıdan-Tbilisiyə uçuşların qiyməti ucuşlaşıb


Azərbaycan Hava Yolları - AZAL Bakı-Tbilisi-Bakı istiqamətində ekonom sinif sərnişinlərinə yeni tarif tətbiq edib.

Aeroport yığımları nəzərə alınmadan, hər iki istiqamətdə bilet 120 avro təşkil edir. Bu barədə aviaşirkətin rəsmi məlumatında deyilir.

Bundan əvvəl hər iki istiqamətə bilet 240 manat təşkil edirdi.

AZAL sözügedən hava xəttində yalnız müasir Aerobus A-319, A-320 tipli hava gəmilərindən istifadə etdiyini bildirir.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər gündə iki dəfə həyata keçirilir. Eyni zamanda AZAL bu marşrut üzrə «Qatar Airways» aviaşirkəti ilə birgə reysləri də həyata keçirir.
XS
SM
MD
LG