Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 07:14

Pakistanda Talibanın sülh təklifi müzakirə olunur


Arxiv foto
Arxiv foto
-

Pakistanda siyasi və dini partiyalar Talibanın sülh danışıqları təklifini müzakirə etmək üçün toplaşıb. Ümumilikdə 26 partiya fevralın 14-də İslamabadda açılan Bütün Partiyaların Konfransında iştirak edir. Yalnız iki partiya bu görüşdən imtina edib: Talibanyönlü Camaat-i İslam və Təhrik-i İnsaaf.

Bildirilir ki, konfransın yekun tövsiyələri Pakistan prezidenti və hərbi liderlərə təqdim olunacaq.

Bu ayın əvvəlində Pakistan Talibanı hökumətə sülh danışıqlarını təklif edib. Bu təklifin ardınca, dünyəvi Avami Milli Partiyası konfrans keçirilməsini təklif edib.
XS
SM
MD
LG