Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:01

Kaliforniya polisi keçmiş polis əməkdaşı Christoper Dornerin öldüyünü hələlik təsdiqləmir


Christopher Dorner
Christopher Dorner
Kaliforniya polisi atışmada öldürülən şəxsin keçmiş polis əməkdaşı Christoper Dorner olduğunu bir müddətdən sonra təsdiqləyə bilər.

Dorner 5 günlük axtarışdan sonra Los-Ancelesin 150 kilometrliyindəki qış kurortlarından birində aşkar edilib.

O polisə tabe olmadığından atışma başlayıb və nəticədə şerif müavini ölüb, 1 polis isə yaralanıb.

Bundan sonra evə tüstü və səs buraxan qumbaralar atılıb, ev yanmağa başlayıb və
Külün içərisində yanmış cəsəd aşkar edilib.

Məlumatlara görə, Dorner 2008-ci ildə polisdən çıxarılmasını ədalətsizlik sayırmış.
XS
SM
MD
LG