Keçid linkləri

2026, 18 Oktyabr, bazar, Bakı vaxtı 08:03

ATƏT-in nümayəndələri Musavatın qərargahında olublar

ATƏT-in Bakı ofisinin nümayəndələri bu gün Müsavat Partiyasının qərargahında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə görüşüblər.

Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər əsasən yanvarın 23-də İsmayıllıda baş verən hadisələrdən sonrakı həbsləri müzakirə ediblər.

ATƏT nümayəndələri Müsavat başqanının müavini Tofiq Yaqublunun durumu ilə də maraqlanıblar.

Daha sonra tərəflər ölkədəki ictimai-siyasi durumu müzakirə ediblər.
This item is part of
XS
SM
MD
LG