-
Bu haqda AzadlıqRadiosuna yerli sakinlər məlumat veriblər. Müxalif düşüncələri əks etdirən qəzetlər hər gün təyyarə ilə Bakıdan gətirilirmiş. Sakinlər onu da bildiriblər ki, köşklərdə müxalifət qəzetlərin satışına qadağa qoyulduğundan bu işlə səyyar satıcılar məşğul olurmuş. Onların dediyinə görə, səyyar satışı «Azərlotereya» ASC-nin Naxçıvan təmsilçiləri gerçəkləşdirirmiş.
Müsavat Partiyası Naxçıvan MR təşkilatının sədri Sabir Vəliyev müxalifət qəzetlərinin satışının dayandırılmasını onsuz da informasiya blokadasında olan Naxçıvan üçün fəlakət sayır:
«Qəzetlər, haradasa, 5-6 gündür gəlmir. Həmişə alıb oxuyan adamıq. Axırıncı dəfə alanda səyyar satıcı dedi ki, bundan sonra qəzet gətirməyəcəyik. Bildirdiyinə görə, qəzeti Naxçıvanda yayan şirkət deyib ki, guya qəzet satmaq sərf eləmir. Sual çıxır: necə olur ki, indiyə kimi xeyir edirdi, indi eləmir? Neçə ildir eyni qaydada gəlirdi. İnsanların siyasi baxımdan maariflənməsini istəmirlər. Başqa nə ola bilər? Yəqin əl qoyublar ki, buraxılmasın bu tərəflərə. Müxalifət qəzetləri Naxçıvanda yalnız səyyar formada satılırdı. Qəzet köşklərində 10 ildən artıqdır ki, müxalifət qəzetləri satılmır. Müraciət edirik, deyirlər ki, biz müxalifət qəzeti götürmürük. Qəzetsiz qalmaq bizə ağır zərbə vurur. Qəzetlə qidalanırdıq, hava alırdıq. İndi də əlimizdən aldılar».
«HÖKUMƏTİN ÖZÜ İCAZƏ VERMİR»
Yerli sakinlərdən Saleh Hüseynov də Naxçıvanda qəzet satışına yaradılan əngəllərin siyasi məsələ olduğunu düşünür. O deyir ki, dəfələrlə müxalifət qəzetlərinə abunə yazılmaq istəsə də, buna nail ola bilməyib. Poçtdan ona abunənin mümkünsüz olduğunu bildiriblər:
«Hökumətin özü icazə vermir. İstəmirlər camaat oxusun, maariflənsin. Mən yaşlı adamam, internetdən də başım çıxmır ki, girim ordan məlumat alım. Mən qəzetlərlə nəfəs alırdım».
Naxçıvan MR Mərkəzi Poçtundan müxalifət qəzetlərini uzun müddətdir gətirmədiklərini təsdiqləsələr də, bunun səbəbini açıqlamaq istəmədilər.
Adının çəkilməsini istəməyən, səyyar qəzet satıcısı deyir ki, ailəsinin dolanışığını bu yolla təmin etdiyindən indi nə edəcəyini bilmir:
«Əlimdən başqa iş gəlmir. Yenə gündəlik yavan çörəyin pulunu çıxarırdıq. Bunu da çox gördülər. Neçə gündür ancaq lotereya satırıq. Bunda da xeyir yoxdur. Deyirlər qəzet olmayacaq».
«Azərlotereya» ASC-nin Naxçıvan təmsilçiliyindən də müxalifət qəzetlərinin sifarişini müvəqqəti dayandırdıqlarını təsdiqlədilər. Ancaq onlar bildirdilər ki, yaxın günlərdə qəzetlərin Naxçıvana təkrar gətirilməsini təmin edəcəklər.