Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:09

«Yaraşarmı dövlət məmuruna»… [Video]


Prezident İlham Əliyevin son çıxışı haqda iqtisadçı Nazim Məmmədov və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı müzakirə edirlər.

-


Mirvari Qəhrəmanlı:

«Bu, prezidentin mənim diqqət etdiyim 4-cü çıxışıdır. Söküntülərlə çıxış etmişdi 2010-cu il mart ayının 9-da. Sonra anti-korrupsiya ilə əlaqədar möhkəm çıxışı olmuşdu. Bir müddət DYP işçiləri camaatla münasibəti mülayimləşdirmişdilər. Bir-birinə məhəbbətlə baxırdılar. Sonrakı çıxış BP ilə bağlı idi. Onda da bərk gediş oldu. Sonra hamı yavaşıdı və belə çıxdı ki, heç demə, müxalif qəzetlər bu məsələni qaldırıbmış. Sonuncu çıxışa gəldikdə, bundan əvvəlki çıxışları görməyən bir insan olsaydı, çox sevinərdi. Sadə camaat çox sevinir ki, axır ki, prezident reaksiya verdi. Axır ki, nəysə bir iş olmayacaq. Amma mən deyirəm ki, heç nə olmayacaq. Çünki əvvəla burda İsmayıllı adı çəkilmədi. Elə bil, mesaj göndərilirdi. İkinci, bir zamanlar Heydər Əliyev çıxış edəndə, ad çəkib həmin insanı ayağa qaldırırdı. Bu iclasda Füzuli Ələkbərov oturmuşdu, söhbət onun oğlundan gedirdisə, niyə onun adı çəkilmədi? Nəyə görə bunların övladlarının birinin adı çəkilmir? Həmin oğlan həbs olunubmu? İsmayıllıda camaat təhqir olunmuşdu. Təhqir barədə, İsmayıllıda olan hadisələr barədə söhbət getmədi. Elə dedi ki, bu məmura yaraşarmı? Elə yaraşıqlı məmurlar idi də orada oturanlar. Yəni, yaraşıqlılıq kriteriyaları var ki, məmur ora yaraşmalı, sonra oturmalıdır. Həmin o yaraşıqlı nazirlərin, yaraşıqlı övladlarının özlərinin etdiyi harınlıqların nəticələridir. Ad çəkilmədi, cəza verilmədi, sadəcə barmaq silkələndi ki, etməyin, etsəniz qovacağıq. Qovmayacaqlar da...».

Nazim Məmmədov:

«Cənab prezident çox düzgün vurğulayıb və burda kiminsə adını çəkməyə ehtiyac yox idi. Əslində bunlar bir çoxlarına aiddir. Həm mərkəzi icra hakimiyyəti orqanları, həm də nazirlər, komitə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, onların qohumlarına aiddir. Qanunu nümunə kimi göstərən insanlar əslində qanunları pozan ilk adamlardır. Bu insanların maaşları 2500-3000 manat olsa da, onların sürdüyü həyat çox dəbdəbəlidir. Adi insanlar da bilir ki, hansısa nazirin ailəsinə xidmət edən 7 dənə avtomobil var. Bu avtomobillərin qiymətini hesablayanda, təqribən 2 milyon manat edir. Onları hamı görür. Prezident hələ 7-8 il bundan əvvəl də deyirdi ki, bu vəzifələrə biz ona görə seçilirik ki, xalqa xidmət edək. Bu fikirləri biz ilk dəfə deyil ki, eşidirik, hər il təkrarlanan fikirlərdir. Hər ildə biz qeyd edirik ki, məmurların gəlir deklarasiyaları olmalıdır, əmlakları haqda məlumat verilməlidir. Deyirlər ki, Nazirlər Kabineti bununla bağlı qaydaları müəyyənləşdirməyib. Analoji təklif olaraq deyim ki, hər bir nazirin, komitə sədrinin internet saytları var. Nümunə olaraq həmin saytda öz əmlaklarını göstərə bilərlər...».
XS
SM
MD
LG