Fransa parlamentinin aşağı palatası seksual azlıqların bir-biri ilə evlənməsi və belə cütlüyün övladlığa uşaq götürməsinə icazə verən qanun layihəsini qəbul edib.
Ölkənin sosialist prezidenti Francois Hollande-nin təqdim etdiyi bu qanun ölkədə kəskin fikir ayrılıqları yaradıb. Bugünlərdə Fransada layihənin lehinə və əleyhinə olanlar böyük aksiyalar keçiriblər.
Layihə Senatda da qəbul olunsa, Fransa Avropada homoseksualların bir-biri ilə evlənmələri və övladlığa uşaq götürmələrini rəsmiləşdirən bir neçə ölkənin sırasına daxil olacaq.
ABŞ-da da 9 ştat eyni məzmunda qanun qəbul edib.
Layihə Fransa Senatında aprelin 2-də səsə qoyulacaq.