Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:12

ABŞ Rusiyadan onun ət məhsullarına qadağanı aradan qaldırmağı tələb edir



ABŞ-ın Ticarət və Kənd Təsərrüfatı nazirləri birgə bəyanat yayaraq Rusiyadan ABŞ istehsalı olan ət məhsullarına qoyduğu qadağanı aradan qaldırmasını tələb edirlər. Birgə bəyanatda Rusiya Dünya Ticarət Təşkilatının üzvü kimi öz öhdəliklərinə əməl etməyə çağırılır.

Moskva ABŞ-da dana, donuz və hind toyuğunun sürətli kökəldilməsi üçün ona ractopanime adlı dərmanın verilməsini əsas gətirərək ABŞ-dan bu heyvanların ətinin Rusiyaya idxalına qadağa qoyub. Qadağa dünəndən qüvvəyə minib.

ABŞ isə bu ölkədə ət məhsullarının yüksək standartlara uyğun istehsal edildiyini bildirir.
Bəzi ölkələrdə ractopamine qadağan edilib. Amma BMT-nin ərzaq təhlükəsizliyi qurumu ət istehsalında aşağı dozada istifadə edilərsə, bu dərmanın insan sağlamlığına heç bir təsirinin olmadığı barədə qərar qəbul edib.
XS
SM
MD
LG