Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Sargsyan-a görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması vaxtı yetişməyib


Serzh Sargsyan
Serzh Sargsyan
-
«Dağlıq Qarabağın müstəqilliyinin tələm-tələsik tanınması avantürizmdir».

APA-nın «Novosti-Armeniya» saytına istinadən verdiyi məlumata görə, bu fikirləri Erebunidə seçicilərlə görüş zamanı Ermənistan prezidenti Serzh Sargsyan deyib.

O qeyd edib ki, prezidentliyə namizədlərdən bəziləri, xüsusən də ölkənin sabiq xarici işlər naziri Raffi Hovannisian Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının vacibliyini bildirib:

«Raffi Hovannisian deyir ki, prezident postuna seçilsə, Qarabağın müstəqilliyini tanıyacaq. Siz bunun nə demək olduğunu anlayırsınız? Bu, çox böyük avantürizmdir, burada söhbət ciddi qərarlardan gedir. Üstəlik, bu sözləri özünü xarici siyasət sahəsində mütəxəssis sayan insan deyir».
XS
SM
MD
LG