Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:45

SimsizTeleqraf-da 3-cü qalib bu fotonun müəllifi oldu


Memur biznesinin ersaya getirdiyi 1 milyonluq mekteb binasi 1 ildan sonra
Memur biznesinin ersaya getirdiyi 1 milyonluq mekteb binasi 1 ildan sonra
-



Ötən həftə SimsizTeleqraf-a 20-dən çox foto və video gəldi. Hamısı da bir-birindən maraqlı... Açığı bu həftənin qalibini seçmək münsiflərə olduqca çətin idi. Sadəcə YAXŞILARIN İÇİNDƏ ƏN YAXŞI-nı seçmək lazım idi.

Müzakirəlrədən sonra Astara rayonun Şiyəkəran kəndindən göndərilmiş bu məktəb fotosunu qalib elan etmək qərarına gəldik. Niyə?

Bu fotonun internetdə baxılma statistikası başqalarından bir qədər az idi. Amma SimsizTeleqraf- müsabiqəsinin "şəffaflıq, demokratiya, açıq cəmiyyət prinsiplərinin qorunması" şərtlərinə daha çox uyğun gəlirdi.

Vətəndaş jurnalistikasının tipik məhsulu kimi qiymətləndirib də ötən həftənin qalibini bu foto elan edirik.

Fotonu bizə Astara rayonundakı Oqtay Yəhyayev adına 2 saylı Şiyəkəran kənd məktəbinin müəllimi Yunus Qulamov göndərib.

Yunus müəllimi təbrik edirik, onun udduğu fotoaparat yaxın günlərdə rayona çatdırılacaq.

Yunus müəllim danışır ki, bu məktəbə dövlət büdcəsindən külli miqdarda pul ayrılıb. Məktəb 2008-ci ildə istifadəyə verilib. Amma az keçməmiş binanın keyfiyyətsiz tikilməsinə görə birinci mərtəbəsi çöküb.

Bu şəkil də binanın həmin qəzalı günlərinin yadigarıdır.

Oqtay müəllim danışır ki, onların şikayətlərindən sonra binanın tam çökməsinin qarşısını alınıb, təmir işləri aparılıb. Amma hələ də bina nəmişlik içindədir, sanitar qovşaqları işləmir.

Müxbirlərimiz məktəblə əlaqə saxlayıb vəziyyət haqqında daha ətraflı məlumat hazırlayacaqlar.

+++++++


«SimsizTeleqraf»da həftəlik müsabiqə isə davam edir.

Rastına çıxan qaynar hadisələri, maraqlı mənzərələri telefon, fotoaparat, videokamera və s. ilə çək bizə göndər, fotoaparat hədiyyən olsun.

Gecikmə, həftəyə yalnız bir qalib var, bir də fotoaparat!


Video və fotolarınızı müsabiqəyə göndərərkən, MÜTLƏQ E-MAİL ÜNVANINIZI, YAXUD TELEFONUNUZ da əlavə edin.
Biz bunları saytda istifadə etməyəcəyik. Amma qalib gələrsəniz, Sizinlə geri əlaqə saxlayıb videokameranızı təqdim edə bilməyimiz üçün e-mail, ya da telefonunuz lazım olacaq.

MÜSABİQƏ ÜÇÜN GÖNDƏRİLƏN BAŞQA FOTOLAR VƏ VİDEOLARLA BURADA TANIŞ OL.
XS
SM
MD
LG