Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:37

FHN hamamda qalan qadını xilas etdi


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hamamda qalmış 54 yaşlı qadını xilas edib.

Nazirliyin rəsmi saytında verilən məlumata görə, Bakının Nərimanov rayonunda yerləşən mənzildə tək olan qadın hamama girərkən qapı təsadüfən kilidlənib. O, huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb və qadına ilkin tibbi yardım göstərilib.

Paytaxtın Qaradağ rayonunda bağlı mənzil arxasında bir nəfərin köməksiz qalması barədə də «112» qaynar xəttə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gedib. Mənzilin qapısı xüsusi alətlərlə açılandan sonra məlum olub ki, evin sahibi sadəcə yatıbmış.
XS
SM
MD
LG