Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Azərbaycanda qırmızı, xallı forel balığını necə əldə edirlər?


Farel balığı
Farel balığı
-
Adı qırmızı kitaba düşmüş forel balığı xüsusiyyətinə görə, ancaq təmiz, oksigeni bol olan sularda yetişir. Forelin ən dəyərli növü qırmızı rəngli və xallı olanlar sayılır. Azərbaycanda bəzi çay və göllərdə bu balığa rast gəlinir.

Kəpəz dağı ətəyində yerləşən Toğana kəndinin sakini Ayaz Əliyev qonşuluqdakı Çaykənddə forel balığının təbii artımı ilə məşğuldur. Onun bu sahədə 12 illik araşdırması da elmi işlə yekunlaşıb:

«FOREL ELƏ İNCƏ BALIQ NÖVÜNƏ AİDDİR Kİ...»

«Forel elə incə balıq növünə aiddir ki, əgər bir xəstəlik düşərsə bir gecədə tonlarla balıq ölə bilər. Təbii istehsalda əsas şərt oksigenin zənginliyidir. Gördüyünüz bu süni gölü 4 il əvvəl traktorla qazdırmışam. Çaylardan qırmızı xallı forel balığını tutub bu gölə buraxmışıq. 4 ildir istehsalla məşğul oluram
.

İxtisasca ekoloq olan Ayaz Əliyev deyir ki, heç bir ölkədə forelin şirin su və göllərdə təbii yemlə və təbii artımı ilə məşğul olan yoxdur. Onun sözlərinə görə, bu mürəkkəb işdir. Elə gördüyü bu iş də ona asan başa gəlməyib. İllər ərzində tonlarla forel balığı məhv olub:

«QIZIL XALLI FOREL BALIĞININ TƏBİİ İSTEHSALINI TAM ÖYRƏNMİŞƏM»

«Forelin təbii istehsalı, yəni yemsiz xallı dağ-dərə foreli adlanır. Onları yemsiz saxlamaq çox mürəkkəb işdir. Bu sahə ilə hazırda məşğul olan yoxdur. Sadəcə zavod üsulları ilə kanallarda seni yemlənmələri aparılır. Əsasən də Türkiyədə. Mənim elmi işim ondan ibarətdir ki, qızıl xallı forel balığının təbii istehsalını tam öyrənmişəm, mənimsəmişəm. Elmi iş müddətində elə olub ki, 100-200 kilo balığın qırğını da olub. Yəni oksigenin miqdarı normadan az olanda bir gecədə gəlmişik ki, balıq ölüb».

Su şəffaf olduğundan cəmi 150-200 qram çəkidə olan balıqlar aydın görünür. Həssas forel balığının süni göldə yetişməsi üçün suyun dərəcəsi 200 C-ni keçməməlidir. Bundan başqa yaradılan süni göllər mütləq su qaynayan, yəni yenilənən yerlərdə, axar çay kənarlarında olmalıdır.

Ayaz Əliyev deyir ki, balıqların təbii yemlənməsi üçün suyun dibinə az miqdarda çay mamırları əkiblər. Zamanla yemlərin təbii artımı baş verib. Təbii yemlənməsi üçün suyun üzərinə bəzi həşərat, ağcaqanad və kəpənək növləri belə gətirilib. Gecə ovlanan forel üçün suyun üzərinə işıq lampaları da qurulub. İşığa yığılan həşəratlar forelin ovuna düşür.

Ayaz Əliyev
Ayaz Əliyev
Ayaz Əliyev balıqları cəlb etmək üçün suyun üzünə çörək qırıqları atır. Ancaq onlar bir qayda olaraq belə yemlənmirlər.

FORELİN 1 KİLOQRAMI AZƏRBAYCANDA 60 MANATDAN 120 MANATA DƏYŞİR...

Elə Toğana kəndində balıq istehsalı zavodu var ki, burada süni yemlənmə ilə forel saxlanılır. Ayaz Əliyev deyir ki, elmi işi nəticəsinə təbii yemlənən və bu yolla keyfiyyətli forelin artmasına nail olub. Deyir ki, onun təcrübəsindən istifadə etməklə iqtisadi və səmərəli artıma nail olmaq olar:

«Marağım budur ki, az sərmayə ilə böyük gəlir əldə etmək olar. Çalışdığımız odur ki, ölkəmizdə bolluq olsun».

Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda Göy-Göl və Maral Göl forelin ən bol olduğu göllərdir. Bir də Kürək çay. Kür çayının suyu şirin olmadığından bu balıq növünə onun sularında rast gəlmək mümkün deyil. Şəmkirdə, Göy-göl ətrafı restoranlarda forel balığına qonaq olmaq mümkündür. Bəzi restoranlarda farelin 1 kiloqramı 60-70 manata, bəzilərində isə hətta 120 manata satılır.
XS
SM
MD
LG