Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:02

Sabah akademik Mahmud Kərimovla vida mərasimi keçiriləcək


 Mahmud Kərimov
Mahmud Kərimov
Akademik Mahmud Kərimovla vida mərasimi fevralın 11-i saat 15.00-dan başlayaraq
Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında keçiriləcək.

Trend agentliyinin məlumata görə, onun Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.

Mahmud Kərimov bir müddət davam edən xəstəlikdən sonra bu gün ürək tutmasından vəfat edib.

O 1948-ci il oktyabrın 18-də Ermənistanın Yerevan şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib və həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
XS
SM
MD
LG