Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Sergei Lavrov «Antimagnitsky» qanununu dəstəkləyib


Sergei Lavrov
Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov rusiyalı uşaqların amerikalılara övladlığa verilməsini qadağan edən qanunu dəstəkləyib.

O, Rusiyanın Uzaq Şərq kanalına müsahibəsində deyib ki, qanun, övladlığa götürülmüş rusiyalı uşaqların qətli və zorakılıqlara məruz qalmasları ilə bağlı çoxsaylı şikayətlərə cavab olaraq qəbul edilib.

Rusiya ABŞ-ın «Magnitsky aktıv» na cavab olaraq bu yaxınlarda belə bir qərar qəbul edib.
«Magnitsky aktı»nda Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar nəzərdə tutulur.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
Fond hesab edir ki, o, böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
XS
SM
MD
LG