Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:42

İran İslam İnqilabının 34-cü ildönümü qeyd edir


Foto arxiv
Foto arxiv
İranda İslam İnqilabının 34-cü ildönümü qeyd olunur.

Rəsmi informasiya agentliklərinin məlumatına görə, bu münasibətlə paytaxt Tehran və ölkənin digər şəhərlərində kütləvi nümayişlər keçirilib.

Nümayişçilər “Rədd olsun Amerika” və “ İsrailə ölüm” şüarları səsləndiriblər.

Prezident Mahmud Ahmadinejad çıxışında beynəlxalq təzyiqlərin azaldılacağı halda
ABŞ-la danışıqlara hazır olduqlarını bəyan edib.

Ölkənin ali dini lideri Ayatollah Ali Khamenei isə deyib ki, Vaşinqtonla birbaşa danışıqlar, İrana qarşı bütün sanksiyaların ləğvindən sonra mümkündür.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG