Keçid linkləri

2024, 14 İyun, Cümə, Bakı vaxtı 04:32

ABŞ-dakı qasırğa azı 9 nəfərin ölümünə səbəb olub


ABŞ
ABŞ
-
Amerika Birləşmiş Ştatlarının şimal-şərqində baş verən qar qasırğası zamanı 9 adam ölüb, 700 min ev və iş mərkəzi işıqsız qalıb.

Reuters-in məlumatına görə, beş ştatda fövqalədə vəziyyət elan olunub.

Ən çox ziyan çəkən ştatlar Connecticut, Rhode Island and Massachusetts olub.

Bu ştatlarda yağan qarın hündürlüyü bir metrdən artıq olub.

Connecticut ştatının Stratford şəhərinin meri deyib ki, əvvəllər heç vaxt belə qara şahid olmayıb.

FlightAware şirkətindən Reuters-ə verilən məlumata görə, qasırğa səbəbindən şənbə günü 2200 uçuş təxirə salınıb, ümumilikdə isə təxirə salınmış uçuşların sayı 5800-ü keçib.

Üstəlik bazar günü də aviareyslərin təxirə salınacağı deyilir.

Bu arada Bostonun Logan və Connecticut ştatındakı Bradley beynəlxaq aeroportu hava şəraitinə görə qapadılıb.

Azı 9 nəfərin öldüyü deyilən qasırğada ən çox ölüm Connecticut ştatında baş verib.

Qubernator Dannel Malloy və polisin məlumatına görə, burada ən azı 5 nəfərin öldüyü dəqiqləşib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG