Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Azərbaycanda psixi xəstəliyi olan valideynlər valideynlik hüququndan məhrum oluna bilər


Azərbaycanda psixi xəstəliyi olan valideynlər valideynlik hüququndan məhrum oluna bilər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Ailə Məcəlləsinin 60-cı maddəsinə əlavələr gözlənilir.

Əlavələrdə hər iki valideyinində psixi xəstəlik aşkar edilən uşaqların məhkəmə qərarı ilə dövlət himayəsinə götürülməsi nəzərdə tutulur.

Bu cür uşaqlar 18 yaşadək könüllülük prinsipi və müvafiq qanunvericilik əsasında yaxın qohumlarının himayəsinə də verilə bilər.

Əgər valideynlərin birində bu cür hal aşkar edilsə, onda ovladın üzərində valideynlik hüququ digər valideyndə keçir.

Layihənin ilin sonuna kimi parlamentdə müzakirəsi gözlənilir.
XS
SM
MD
LG