Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:16

Erməni qəzeti Azərbaycan dilində manşetlə çıxdı


Agos
Agos
-

İstanbulda çap edilən və Türkiyə ermənilərinin qəzeti olan "Aqos" Azərbaycan dilində manşetlə çıxıb.

Manşetə Azərbaycan yazıçısı Əkrəm Əylislinin "Mən sülhə səs verirəm" (Türkcəsi 'Ben Barıştan yanayım') sözləri çıxarılıb.

Baş yazıda onun "Daş yuxular" romanına görə "Əliyev rejimi və onun qışqırtdığı insanların hədəfinə çevrildiyi", xəyanətdə suçlandığı, fəxri addan məhrum edildiyi vurğulanır.

Məqalədə Ə.Əylislinin "Yurddaşlarımızın bir qismi də Qarabağ erməniləridir. Erməniləri söyməklə birlikdə yaşaya bilmərik. Suçlarımızı etiraf etməliyik. Bu mənim ermənilərə də mesajımdır. Nə qədər ki gec deyil, sülhə gedən yolları birlikdə açmalıyıq" sözləri sitat gətirilir.

Yazının sonunda qəzetin də Ə.Əylislinin "Mən sülhə səs verirəm" mesajını dəstəklədiyi deyilir.

"Aqos" - həm Türkiyəni 1915-ci ildə Osmanlı dövründə ermənilərin qətlə yetirilməsini "soyqırım" kimi tanımaqdan imtina etdiyi, həm də erməni diasporunu "soyqırım"ın tanınmasını beynəlxalq kampaniyaya çevirdiyi üçün tənqid edən, türk və erməni xalqlarının sülh içində yaşamasına çağıran erməni əsilli jurnalist Hrant Dinkin qəzetidir.

Onu 2007-ci ildə türk millətçisi, 17 yaşlı Ogün Samast qətlə yetirmişdi.

"Aqos" həftəlik qəzetdir və həm türk, həm də erməni dillərində çap edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG