Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:46

Misirdə polislə nümayişçilər yenə də toqquşub


Foto arxiv
Foto arxiv
Misirin bir neçə şəhərində hökumət əleyhinə kütləvi nümayişlər keçirilib.

Paytaxt Qahirə və Tanta şəhərində polislə nümayişçilər arasında toqquşmalar olub.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Aparıcı müxalifət koalsiyası ilə hakim “Müsəlman qardaşları” hərəkatı bu günlərdə zorakılıqdan imtina barədə razılaşma imzalayıblar.
Amma müxalifət tərəfdarları prezident Muhammad Morsiyə qarşı etirazları davam etdirirlər.

Onlar prezidenti verdiyi vədləri yerinə yetirməməkdə və hakimiyyəti zəbt etməkdə günahlandırırlar.

Yanvardan bu yana ölkədə baş verən toqquşmalarda 59 adam ölüb.
XS
SM
MD
LG