-
Maddə 19. ....nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
19.1. Bu Qanunun 18.54-cü maddəsində göstərilən dövlət rüsumunun məbləği göndərilən materialların göndərilmə xərclərini, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir.
19.3. Bu Qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.
Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri
Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.
Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
RÜSUMUN GERİ QAYTARILMASI QAYDASI
Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:
5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.
5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.
5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.
5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
(Dövlət rüsumları Kapitalbankın yerli şöbələrində dövlət büdcəsinin bank hesabına ödənir. Hesab nömrəsi və ödəniş qəbzinin forması bankın şöbələrində var. Bank rüsumun ödənilməzi zamanı bir neçə manat xidmət haqqı ala bilər.)
Maddə 18. ...nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği | |
TEXNİKİ BAXIŞ | ||
18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi: | ||
18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə: | ||
18.65.1.1. avtonəqliyyat vasitələri üçün | 20 manat | |
18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün | 10 manat | |
ALICININ TƏLƏBİLƏ TEXNİKİ BAXIŞ | ||
18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün: | ||
18.65.2.1. avtonəqliyyat vasitələri üçün | 20 manat | |
18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün | 10 manat | |
QEYDİYYAT ZAMANI RÜSUMLAR | ||
18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nəzərdə tutulur) dövlət qeydiyyatına) görə: | ||
18.65.3.1. avtonəqliyyat vasitələri üçün | 10 manat | |
18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün | 5 manat | |
SÜRÜCÜLÜK VƏSİQƏSİ ÜÇÜN RÜSUMLAR | ||
18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə: | ||
18.65.4.1. avto-motonəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün | 20 manat | |
18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə | 10 manat | |
18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün | 5 manat | |
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi: | - | |
65.5.1. avto-moto nəqliyyat vasitələri üçün | 18 manat | |
18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün | 5 manat. | |
NÖMRƏLƏRİN VERİLMƏSİNDƏ RÜSUMLAR | ||
18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə: | ||
18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə: | ||
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası | Dövlət rüsumunun məbləği (manatla) | |
seriyası müxtəlif hərflərdən ibarət olduqda | seriyası eyni hərflərdən ibarət olduqda | |
001, 002, 003, 004, 005, 006, 007, 008, 009 | 1500 | 2500 |
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 | 1000 | 1500 |
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 | 500 | 1000 |
18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə | 22 manat | |
18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə | 11 manat. | |
18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi: |
| |
18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün | 17 manat | |
18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün | 5 manat | |
18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi | 10 (manat | |
18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması | 10 manat |
Maddə 19. ....nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
19.1. Bu Qanunun 18.54-cü maddəsində göstərilən dövlət rüsumunun məbləği göndərilən materialların göndərilmə xərclərini, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir.
19.3. Bu Qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.
AVTOMOBİL DAŞINMALARI ZAMANI RÜSUMLAR
Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
24.1. Giriş-çıxış və tranzit gedişinə görə: | |
24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün: | |
24.1.1.1. yük avtomobil daşıyıcılarına görə | hər bir icazə üçün 20 ABŞ dolları |
24.1.1.2. sərnişin avtobusları üçün | hər bir icazə üçün 10 ABŞ dolları |
24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı: | |
24.1.2.1. yük avtomobilləri üçün | hər bir icazə üçün 100 ABŞ dolları |
24.1.2.2. sərnişin avtobusları üçün | hər bir icazə üçün 50 ABŞ dolları |
24.1.3. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün: | |
24.1.3.1. yük avtomobilləri üçün | hər bir icazə üçün 150 ABŞ dolları |
24.1.3.2. sərnişin avtobusları üçün | hər bir icazə üçün 75 ABŞ dolları |
24.2. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə. | hər bir icazə üçün 100 ABŞ dolları |
24.3. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün. | hər bir icazə üçün 600 ABŞ dolları |
24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün: | |
24.4.1. yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün; | hər bir icazə üçün 350 ABŞ dolları |
24.4.2. avtobusların sərnişinsiz daxil olması üçün. | hər bir icazə üçün 80 ABŞ dolları |
24.5. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün. |
hər bir icazə üçün 25 ABŞ dolları |
24.6. Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda. |
hər bir icazə üçün 400 ABŞ dolları |
24.7. «Avropa Nəqliyyat Nazirləri Konfransı»nın jurnallarının satışı | hər bir vahidinə görə 500 ABŞ dolları. |
Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri
Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.
DƏNİZ DAŞINMALARINDA RÜSUMLAR
Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
28.1. Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.2. Berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi | 50 manat |
28.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.4. Heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi | 40 manat |
28.5. Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.6. Gəmi Reyestrindən çıxarışın verilməsi | 25 manat |
28.7. Gəminin «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.8. Gəminin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.9. Limanın (liman məntəqəsinin) «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.10. Dənizçilik şirkətinin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.11. Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi | 30 manat |
28.12. Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi | 10 manat |
28.13. Dənizçinin Qeyd Kitabçasının verilməsi | 25 manat |
28.14. Dənizçinin şəxsiyyət sənədinin verilməsi | 30 manat |
28.15. Kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi | 10 manat |
28.16. Mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması | 5 manat |
28.17. Mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması: 28.17.1. Asma və stasionar mühərrikli gəmilər 28.17.2. Yelkənli qayıqlar və yaxtalar 28.17.3. Üzən nasoslar, torpaq sovuran qurğular |
5 manat 5 manat 5 manat |
28.18. Kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi: 28.18.1. Asma və stasionar mühərrikli gəmilər 28.18.2. Yelkənli qayıqlar və yaxtalar 28.18.3. Üzən nasoslar, torpaq sovuran qurğular 28.18.4. Kiçik həcmli gəmilərin dayanacağı üçün baza və körpülər 28.18.5. Mühərriksiz kiçik həcmli gəmilər |
5 manat 5 manat 5 manat 10 manat 5 manat |
28.19. Kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi | 10 manat |
28.20. Kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi | 15 manat |
AVİASİYA DAŞINMALARINDA RÜSUMLAR
Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
29.1. Aeroportlar və ya aerodromlara uyğunluq sertifikatının verilməsi | 100 manat |
29.2. Hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi | 100 manat |
29.3. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi | 100 manat |
29.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi | 50 manat |
29.5. Hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi | 50 manat |
29.6. Hava gəmisinin tipinin sertifikatının tanınması | 50 manat |
29.7. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi | 50 manat |
29.8. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması | 30 manat |
29.9. Hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi | 30 manat |
29.10. Aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqlarının sertifikatının tanınması | 30 manat |
29.11. Xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi | 30 manat |
29.12. Müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi | 20 manat |
29.13. Çarter marşrutlara uçuş icazəsinin verilməsi | 30 manat |
29.14. İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif | 1 avro |
29.15. İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif | 3 avro |