Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:09

Şair Pablo Nerudanın qəbri açılacaq


 Pablo Neruda
Pablo Neruda
Çili şairi Pablo Nerudanın ölüm səbəbini araşdırmaq üçün qalıqlarından nümunələr götürüləcək.

Bu barədə Çili məhkəməsi qərar verib.

Nobel mükafatçısı, Kommunist partiyası siyasi bürosunun üzvü Neruda 1973-cü ilin sentyabrında baş vermiş hərbi çevrilişdən 12 gün sonra ölüb.

Həmin çevriliş nəticəsində sosialist prezident Salvador Allende devrildi və hakimiyyətə general Augusto Pinochet gəldi.

Rəsmi versiyaya görə, Neruda xərçəngdən ölüb.
Amma gümanlara görə, onu zəhərləyiblər və 2011-ci ildən istintaq başlanıb.

Qəbrin nə vaxt açılacağı hələlik bəlli deyil.

Pablo Neruda İsla Neqra qəsəbəsindəki qəbristanlıqda, həyat yoldaşının yanında dəfn edilib.
Bu qəsəbə paytaxt Santyaqonun 120 kilometrliyində yerləşir.
XS
SM
MD
LG