Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:51

ABŞ səfiri Gürcüstanda münaqişə tərəflərini sakitliyə çağırıb


 Richard Norland
Richard Norland
Tbilisi polisi dünən Milli kitabxananın qarşısında aksiya keçirmiş etirazçılardan 3-nü saxlayıb.

Aksiya zamanı müxalifətdən olan bir neçə deputat döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, insidentə keçmiş hakim partiyanın nümayəndələri səbəb olub.

Prezident Mikheil Saakashvilinin dünən Milli kitabxanada çıxışı olmalı imiş.
Amma bu günlərdə amnistiyaya düşmüş siyasi məhbuslar da daxil olmaqla onun yüzlərlə əlehdarı buna qarşı çıxıb.

Saakasvili hərc-mərcliyə görə iqamətgahından xalqa müraciət edib, yeni hökumət və parlamenti mübahisəli məsələlərdə kompramisə gəlməyə çağırıb.
Həmçinin Birləşmiş Ştatların Gürcüstandakı səfiri Richard Norland tərəfləri sakitliyə çağırıb.
XS
SM
MD
LG