Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:34

Əli Əhmədov İran prezidentliyinə namizədin ərazi iddiasına münasibət bildirib


Əli Əhmədov
Əli Əhmədov
-
«İranda prezidentliyə namizəd olan Ayətullahın ölkəsinin indiki durumunda qonşu ölkələrə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi onun sərbəst təfəkkürə malik olmamasından xəbər verir».

Bu barədə YAP-ın sədr müavini Əli Əhmədov İranda prezidentliyə namizəd Ayətullah Sayyid Muhammad Bokiri Harrozi-nin Tacikistana, Azərbaycana və Ermənistana olan ərazi iddiaları bəyanatına münasibət bildirərkən deyib.

Ə.Əhmədov bunu sərbəst təfəkkürə malik siyasətçiyə yaraşan bəyanat hesab etmir:

«İranın özünün bu gün beynəlxalq aləmdə çox ciddi problemləri var. İran əslində bu gün malik olduğu sərhədləri çərçivəsində qala bilib-bilməyəcəyi barədə düşünməlidir. Belə olan halda özünü İranda prezidentliyə real namizəd sayan birinin regionun siyasi xəritəsini dəyişmək iddiasına düşməsini ən yumşaq formada sərsəmlik adlandırmaq olar. Biz bunu ciddi bəyanat hesab etmirik».

Ayətullah Sayyid Muhammad Bokiri Harrozi bu yaxınlarda bəyan edib ki, İrandan ayrılmış torpaqların qaytarılması onun seçki kampaniyasının əsas proqramı olacaq:

«İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam».

/apa/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG