-
Gənclərin əksəriyyəti üçün Avropa, Amerika maraqlı olduğu halda, onlar üçün Şərqin mədəniyyəti, tarixi maraqlıdır.
«Flashmob»un qonaqları ərəbşünas Aynur Zərrintac, «Miras» Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən Nicat Nuriyev və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Ləman Səfərlidir.
«Mən «Ərəbşünaslar şəbəkəsi»nin icraçı direktoruyam, uşaq vaxtlarından Misir xalqı öz əfsanələri, mifləriylə təxəyyülümdə idi, fironlar, qullar fikrimdə idi. Fikirləşdirdim, böyüyəndə gedib arxeoloji qazıntılar aparacağam».
Bunu ərəb xalqına sevgisindən danışan Aynur Zərrintac deyir. Onun fikrincə, ərəb tarixi ilə Azərbaycanı birləşdirən xüsusiyyətlərə hər yerdə rast gələ bilərik:
«Ərəbistanla Azərbaycanı tarix birləşdirir. Daş, miniatür abidələrində ərəblərin izini görmək çətin deyil, ayağımızı basdığımız hər yerdə ərəb izlərinə rast gələ bilərik. Mən bir dəfə kitab oxuyurdum, batil inanclar barədə. Orda bir çox inanclar, fala baxma növləri vardı, bizim cəmiyyətdə də bu inanclara bağlılıq var. Amma cəmiyyətdə ərəb xalqına bir yaxınlaşma var, barbar, vəhşi nə bilim nə deyirlər. Hindistan və Koreyanı yanaşı qoysaq, ərəb ölkələri daha zəngindir. Həm din, həm dil baxımdan. Koreya və Hindistanın rəsmi dili var, amma ərəblərdə bədii ərəb dilindən başqa ləhcələr də var. Məsələn, ərəbistanlı ilə iraqlı ərəb ədəbi dilini bilmirsə, bir-birilə danışa bilməyəcək. Həm də, məncə, bir xalq səhrada cənnət yaradıbsa, o xalq qəhrəmandır».
«DEYƏNDƏ Kİ, KOREYA YEMƏKLƏRİ YEYİRƏM, İYRƏNİRLƏR»
Ləman Səfərli isə «Flashmob»da Cənubi Koreya sevgisindən danışır:
«Uşaq vaxtından Koreya seriallarına baxmışam, onlara aid hər şey diqqətimi çəkib. «Facebook»da da Koreya fan qrupunun adminiyəm. Cənubi Koreya ilə Azərbaycanı bağlayan ortaqlıqlar azdır, amma müasir Cənubi Koreya ilə müasir Azərbaycanı götürəndə, görürük ki, ora öz adət ənənəsinə bağlı ölkədir, Azərbaycanda da toy, bayram adətlərinə çox bağlılıq var».
Ləman deyir ki, həmişə Koreya sevgisindən danışanda insanların qərəzi ilə qarşılaşır:
«Mənə həmişə 3-4 bəhanə tapırlar ki əşi, neyləyirsən onları, ilan əti yeyirlər, dillərini nə başa düşürsən və sair. Mən deyəndə ki, Koreya yeməkləri yeyirəm, deyirlər, iyrənirəm, amma baxanda, bildiyimiz mal əti, kök, düyüdür. Sadəcə, o qədər önyarğı var ki, qəbul edə bilmirlər. Göstərəndə ki, Koreya nə qədər öndədir iqtisadi cəhətdən, mədəni cəhətdən, onda susurlar».
«DÜNYADA İLK FLAŞMOB HİNDİSTANDA YARANIB»
Nicat Nuriyevi də Hindistana bağlayan filmləri olub. Uşaq vaxtından Hind filmlərini izləyən Nicat deyir ki, öz şəxsi mədəniyyətini onların mədəniyyətinin üzərində qurub:
«Oturmaq, davranış onlara uyğun edirəm. Hindistana marağım var. O, dünyaya Şərq mədəniyyətini çatdıran ölkədir, baxmayaraq ki, ingilislərin müstəmləkəsində olublar. Hətta Azərbaycandakı abidələrdə belə Hind ustalarının naxışların görmək olar. Mən filmləri, mahnıları sevirəm, əvvəllər hətta bu sevgimi hamıya danışanda, gülürdülər və kompleksə düşürdüm. Halbuki hətta dünyada ilk flaşmob Hindistanda yaranıb. Məsələn, filmlərdə bir adam hərəkət edir, digərləri də qoşulur».
Nicatın dediyinə görə, indi onun ən böyük istəyi gedib «Tac Mahal»ı görməkdir.