Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:13

Müəllif qəzeti «Ayna»


-
Fevralın 9-dan «Ayna» qəzeti oxucuları ilə yeni formatda – müəllif qəzeti kimi görüşə gələcək.

Qəzetin redaktoru Elçin Şıxlının dediyinə görə, qəzetdə Azərbaycan ictimaiyyətinin fikrinə önəm verdiyi müəlliflər dərc olunacaq: Zeynal Məmmədli, Arif Əliyev, Qulu Məhərrəmli, Rauf Mirqədirov, İbrahim Nəbioğlu, Çingiz Hüseynov, Elxan Şahinoğlu və başqaları:

«Qəzetin qapısı hər kəsin üzünə açıqdır. Burda hər kəs öz mövqeyini söyləyə bilər, bu, bir növ tribunadır».

Elçin Şıxlı deyib ki, «Zerkalo»nun Azərbaycan variantını buraxmaq alınmayıb:

«Bir neçə il öncə gündəlik çıxan «Ayna» nədənsə satılmadı. Ona görə həftəlik qəzet çıxarmalı olduq. Bu, mənim ürəyimcə deyildi. Düşündüm ki, yeni qəzet yaratmalıyam. Məsləhətləşmələr apardım və belə bir qəzet çıxarmağa qərar verdim».
XS
SM
MD
LG