Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:10

İlqar Məmmədovun məhkəməsi qapalı keçirilir


Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsində REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı məhkəmə iclası başlayıb. Məhkəmə qapalı keçirilir.

Kütləvi informasiya vasitələrinin işçiləri, eləcə də İlqar Məmmədovun ailə üzvləri, yaxınları da iclas otağına buraxılmayıblar.
Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia AzadlıqRadiosuna deyib:

– Mən bura Avropa Birliyinin son həftələr baş verən həbslərlə bağlı dərin narahatlığını bildirməyə gəlmişəm. Biz həmçinin bu məsələdən çox üzgünük. Daha çox informasiya almaq üçün xeyli cəhdlər etmişik. Mən məhkəmənin işinə müdaxilə etmək istəmirəm, ancaq biz baş verənlərlə bağlı daha çox bilgi almaq istərdik.
XS
SM
MD
LG