Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:47

Zərifə Əliyevanın yubileyi qeyd olunacaq


Prezidenti İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Prezident Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycanın Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir./AzərTac/
XS
SM
MD
LG