Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:52

Peyk vacibdir yoxsa Binəqədi avtobusu - (DEBAT - VİDEO)


-

Facebook-dan birbaşa şərh yaz

Facebook-dan birbaşa şərh yaz


Fevralın 8-də Azərbaycan əhalisi kosmos milləti kimi yuxudan oyandı. Fransanın «Arian» kosmik raketi «Azerspace-1» telekommunikasiya peykini yerin orbitinə çıxardı.

Mütəxəssislər hələ raketə yanacaq dolduran zaman, «Facebook»da artıq müzakirələr start götürmüşdü. Azərbaycanın texnoloji inkişafı ilə fəxr edənlər kim, bu hadisəni neft pullarının kosmosa sovrulması kimi qiymətləndirən kim.

Azərbaycan peykinin müzakirəsini virtual fəzadan real orbitə çıxartdıq:

Milli peykin ölkəyə faydası nə olacaq?


Müzakirədə İslahatçı Gənclər Birliyinin rəhbəri Fərid Şahbazlı, bloqqer Etibar Salmanlı və media eksperti Qulu Məhərrəmli iştirak edib. Onların efirə dediklərindən:

Fərid Şahbazlı:

- Azərbaycanın peykinin kosmosa çıxması İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqının uğurudur. Bu peykin kosmosa buraxılması Azərbaycana çoxlu xeyirlər gətirəcək. Bu cür uğuru qırağa qoyub, hansısa sosial problemlərdən danışmaq yersizdir...

- Peykin olması internet imkanlarını genişləndirir.

- Mən elə bilirdim ki, heç kim peykin kosmosa çıxmasından narazı qalmaz. Amma elə insanlar var ki, ölkənin bütün uğurlarını qısqanırlar.

Etibar Salmanlı:

- Dövlət öz imicini qorumalıdır. Azərbaycanın çoxlu problemləri var. Bu peykin istismar müddəti 15 ildir. 15 ildən sonra bəs nə olacaq? Bu barədə düşünmək lazımdır. Peyk fəaliyyətdə olduğu müddətdə 235 milyon dövlət büdcəsinə geri qayıdacaqmı?

- 235 milyon manat xərc çəkib kosmosa peyk buraxıblar. Amma burdan- bura şəhərin içində avtobus normal işləmir... Yarım milyon manata Bakının nəqliyyat sistemini düzəltmək olardı...

- Əslində hamı kimi mən də sevinirəm. Bu çox gözəl bir hadisədir. Amma bu proyekt riskli proyektdir. Ölkədəki problemləri də unutmamaq lazımdır.

Media məsələləri üzrə ekspert Qulu Məhərrəmli:

- Peykin kosmosa çıxması Azərbaycanın iqtisadi gücünün göstəricisidir və bu çox sevindirici haldır. Bu sahədə ciddi dirçəliş var.

Proqramı tam olaraq burada dinlə

XS
SM
MD
LG