-
Respublika Prokurorluğu Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rektor müavini Qaflan Mustafayevi saxta diplom satmaqda ittiham edən məlumat yayıb. Fevralın 7-də yayılan rəsmi xəbərdə qeyd olunur ki, “rektorun müavini 2007-ci ildə Seyfəddin Vəliyevdən onun qızını bu məktəbə rəsmi qəbul imtahanlarından kənar qəbul etdirmək 3 200 ABŞ dolları alıb. Müavin keçən ilin yayında da həmin vətəndaşdan daha 1900 manat alıb onun qızına saxta diplom verib.”
Prokurorluq Qaflan Mustafayevə qarşı Cinayət Məcəlləsinin rüşvət alma və rəsmi sənədləri saxtalaşdırma maddələri ilə cinayət işi açıb.
Bu ittihamlar sübut olunsa, rektor müavini əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Hələlik Respublika Prokurorluğunun rəsmi məlumatında qeyd edilən ittihamlarla bağlı Qaflan Mustafayevin vəkili, ya da yaxınlarının hər hansı reaksiyası yoxdur.