Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:42

Azərbaycan fəzaya özünün ilk peykini çıxarır


Foto arxiv
Foto arxiv
Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk telekommunikasiya peykini fəzaya çıxaracaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, «Azerspace-1» adlı peyki Cənubi Amerikanın Fransa Qvianasındakı Kuru kosmodromundan Fransanın «Ariane-5» raketdaşıyıcısı orbitə çıxaracaq.

«Azərkosmos» Açıq Səhmdar Cəmiyyətin 25 nəfərlik nümayəndə heyəti artıq Kuru kosmodromuna yollanıb.
XS
SM
MD
LG