Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 07:11

"Freedom House" Obamanı Rusiyaya qarşı kəskin siyasət yeritməyə çağırıb


Foto arxiv
Freedom House təşkilatı ABŞ prezidenti Barack Obamanı Rusiyaya qarşı siyasəti kəskinləşdirməyə çağırıb.

Təşkilatın dünən Rusiya ilə bağlı yaydığı xüsusi hesabatda deyilir ki, Vladimir Putinin yenidən prezident olduqdan sonra ölkədə demokratiya və insan haqları sahəsində vəziyyət kəskin pisləşib.

Təşkilatın rəhbəri David Kramer Putinin hakimiyyəti dövründə kütləvi aksiyalar, qeyri-hökumət təşkilatları və internetin fəaliyyətini məhdudlaşdıran qanunlar qəbul edildiyini qeyd edir.

Hüquq müdafiəçiləri həmçinin ölkədə rusiyalı uşaqların amerikalılara övladlığa verilməsini qadağan edən qanun qəbul edildiyini yada salırlar.
XS
SM
MD
LG