-
Fevralın 7-də Bakı Apelyasiya Məhkəməsində bloqqer Emin Milli və «Nida» Vətəndaş Hərəkatının üzvü Rüfət Abdullayevin apellyasiya şikayətinə baxılıb.
Onlar Nəsimi rayon Məhkəməsinin qərarından şikayət vermişdilər. Apellyasiya Məhkəməsi onlar haqqında 15 və 13 sutkalıq qərarları qüvvədə saxlayıb.
Emin Milli AzadlıqRadiosuna deyib:
«Mən hakimi Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına hörmət etməyə çağırdım. Hakimin yadına saldım ki, «Maqnitski aktı» var, bir çox ölkələrdə hakimiyyət dəyişir. Bu qanunlara, Konstitusiyaya hörmət etməyən insanlar gün gələcək qanun qarşısında cavab verəcəklər. Ancaq hakim qərarı qüvvədə saxladı».
Rüfət Abdullayev isə deyib ki,
«Mən aksiyada iştirak etməmişəm. Mənim işimlə bağlı yalançı şahidlər, polislər ifadə verib. Harada saxlanılmağımla bağlı şahidlərin ziddiyyətli ifadələrinə baxmayaraq, hakim onların dediklərini əsas tutdu və məni həbsə göndərdi. Ədalətsizliyi öz üzərimdə, öz gözlərimlə gördükdən sonra mən belə düşünürəm ki, etiraz aksiyalarına çıxıb bununla mübarizə aparmaq lazımdır».
Hakim Faiq Qasımov isə qərarı qüvvədə saxladığını elan edəndən sonra Rüfət Abdullayevə qanunsuz aksiyalarda iştirak edərsə həbs oluna biləcəyi ilə bağlı xəbərdarlıq etdi.
Həm Emin Milli, həm də Rüfət Abdullayev yanvarın 26-da Bakıda İsmayıllı hadisələrinə dəstək məqsədilə keçirilən aksiyaya görə saxlanmışdı.
Həmin aksiyaya görə məhkəmə 5 nəfər haqqında sutkalıq həbs cəzası, 20 nəfərin isə cərimə edilməsi haqqında qərar çıxarıb.