Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 21:45

Aleksey Manvelyanın bloqu: "Daş yuxular" haqqında


bbc.com
bbc.com
-

Bu gün belə bir əsərin Ermənistanda işıq üzü görməsini təsəvvür etmək mümkün deyil.


BBC Azərbaycanın müxbiri Aleksey Manvelyan Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanı haqda bloq yazısı yazıb.


Yazıda qeyd edilir ki, Əkrəm Əylislinin Azərbaycan xalqını aşağılamasını söyləyənlər haqsızdırlar, əkisnə o, Azərbaycanı ucaldır.

Jurnalist hesab edir ki, yazıçı mövcud meyarları yenidən nəzərdən keçirməyi təklif edir.

"O, bu yolda birincidir. Ona görə də onun üçün çox təhlükəli yoldur.

Bu gün belə bir əsərin Ermənistanda işıq üzü görməsini təsəvvür etmək mümkün deyil. Lakin “Daş yuxular” mütləq öz təsirini göstərəcək - bəzi şeylərə fərqli nöqteyi-nəzərdən baxmağa vadar edəcək". - deyə A.Manvelyan vurğulayır.

Jurnalist düşünür ki, bu gün yazıçını “erməni” adı ilə söyənlərin çoxu onların ata-babaları dostluq, qonşuluq etdikləri, bir-birinin xeyrinə və şərinə çatan ermənilərin doğulub, başa çatdıqları, bu gün də yuxularında canlanan yerləri tərk edəndə hələ dünyaya da gəlməmişdilər. Və gözlərini açandan bəri, son 20-25 il ərzində həmin millət nümayəndələri haqqında həqiqi təsəvvür yaratmaq üçün bir söz də eşitməyiblər.

Daha ətraflı bloq yazısını burda oxu

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG