Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Saakashvilinin deputatlara müraciəti təxirə salınıb


Mikheil Saakashvili
Mikheil Saakashvili
Gürcüstan parlamenti prezident Mikheil Saakashvilinin illik çıxışının təxirə salınması barədə qərar qəbul edib.

Parlamentin sədri David Usupashvili bunun konstitusiyaya düzəliş edilməsi ilə bağlı müzakirələrlə əlaqədar olduğunu deyir.

Söhbət parlamentin razılığı olmadan prezidentin hökuməti buraxa bilməməsi, səlahiyyətlərinin məhdudlaşdırılmasından gedir.

Usupashvili jurnalistlərə bildirib ki, prezidentin müraciətinin vaxtı bu məsələ ilə bağlı razılıq əldə edildikdən sonra bəlli olacaq.

İndiki baş nazir Bidzina İvanishvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” koalisiyası parlamentdə çoxluq təşkil edir.
XS
SM
MD
LG