Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

Avtoxuliqanlar cinayət məsuliyyətinə cəlb oluna bilər


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla əlaqədar Cinayət Məcəlləsinə 221-1 maddəsinin əlavə olunması gözlənilir.

Əlavədə avtoxuliqanlıq faktına görə 150 saatdan 200 saata qədər ictimai işlər və ya 6 aydan 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Layihənin parlamentin bu sessiyasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılması gözlənilir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 10 günə qədər inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ildən 2 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ildən 2 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 15 günə qədər inzibati həbs tətbiq olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG