Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 10:36

Ermənistan prezidentliyinə namizəd Aram Harutyunian kampaniyanı dayandırır


Aram Harutyunian
Ermənistan prezidentliyinə namizədlərdən biri Aram Hrutyunian seçki kampaniyasından çıxmaq fikrindədir.

“Milli Hımrəylik” partiyasının lideri Harutyunian jurnalistlərə bildirib ki, sabah kampaniyadan çıxdığını elan etdikdən sonra MSK qarşısında 1 günlük aclıq edəcəyini bildirib.
O həmçinin digər namizədləri seçki kampaniyasından çıxmağa çağırıb.

Harutyunian fevralın 18-də keçiriləcək prezident seçkisində 8 namizəddən biridir.

17 gündürki, aclıq edən Ermənistan prezidentliyinə namizəd Andrias Ghukisianın səhəti isə pisləşib.

Həkimlər onun xəstəxanaya götürülməsini məsləhət görsələr də Ghukasian bundan imtina edib.
Hazırda onun yanında təcili tibbi yardım maşını növbə çəkir.

“Hay” radiosunun rəhbəri olan Ghukasian yanvarın 21-dən Milli Elmlər Akademiasının qarşısında aclıq elan edib.

O indiki prezident Serzh Sarkisianın namizədləyinin ləğvini tələb edir, beynəlxalq müşahidəçiləri seçkini baykot etməyə çağırır.

Amma MSK onun tələbini rədd edib.

Rəysorğuları indiki prezident Serzh Sarkisianın qalib gələcəyini göstərir.
XS
SM
MD
LG