Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 16:42

Azərbaycanda biznesi olan məmurlar məsuliyyətə cəlb olunmayacaq

Azerbaijan -- Georgian president M.Saakashvili spoke in Azerbaijani parliament, Baku, 07Mar2012
Azerbaijan -- Georgian president M.Saakashvili spoke in Azerbaijani parliament, Baku, 07Mar2012
Azərbaycanda bizneslə məşğul olan məmur və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan əlavə qəbul olunmayıb.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirələr aparılıb və layihə geri qaytarılıb.

Komitə sədri Əli Hüseynli bildirib ki, layihənin müəllifi deputat İlyas İsmayılovdur.

Layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Bununla bağlı həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif olunur.

Amma müzakirələrdən sonra layihə geri qaytarılıb.
This item is part of
XS
SM
MD
LG