Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:38

Rusiya ötən il Azərbaycandan 1,7 milyard kubmetr qaz alıb


Foto arxiv
Foto arxiv
Rusiya ötən il Azərbaycandan 1,7 milyard kubmetr qaz alıb ki, bu nəzərdə tutulandan xeyli azdır.
Razılaşmaya əsasən Rusiya Azərbaycandan 3 milyard kubmetr qaz almalı idi.

APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dorokhin bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasındakı 5 illik müqaviləyə uyğun olaraq hər il qazın nəqli ilə bağlı tərəflər arasında müvafiq illik protokollar imzalanır: «İki ölkə arasında 2015-ci ilədək qüvvədə olan müqavilə var və bu müqaviləyə uyğun olaraq hər il üçün protokollar imzalanır. Hazırda bu il üçün protokol üzəridə iş gedir. Fevralın ortalarında bu protokol da imzalanacaq».

Səfir bildirib ki, ötən ilki protokol 3 mlrd. kubmetrin nəqlini nəzərdə tutsa da, reallıqda Rusiya 1,6-1,7 mlrd. kubmetr qaz alıb.
Amma bu normal ticarətdir, müqavilə və protokolun şərtlərində bütün məsələlər nəzərə alınıb.
XS
SM
MD
LG