Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:42

İranın keçmiş baş prokuroru Mortazavi buraxılıb


Said Mortazavi
Said Mortazavi
İran prezidenti Mahmud Ahmedinejadın yaxın tərəfdarı, keçmiş baş prokuror Said Mortazavi Evin həbsxanasından buraxılıb.

Bu barədə İRNA agentliyi xəbər verir.

O, Ahmedinejad parlamentin sədri Ali Laricaninin ailəsini korrupsiyada ittiham etdikdən az sonra, bazar günü saxlanmışdı.

Mortazavi 2010-cu ildə həbs edilmiş 3 aksiyaçının ölümünə görə, vəzifədən kənarlaşdırılıb.

Həmin aksiyaçılar mübahisəli 2009-cu il prezident seçkisindən sonra keçirilmiş etiraz aksiyaları zamanı saxlanmışdılar.

Ahmedinejad Mortazavinin həbsini kəskin pisləyib və Misirdən dönən kimi məsələ ilə yaxından məşğul olacağını bildirib.
XS
SM
MD
LG