Keçid linkləri

2026, 14 Avqust, cümə, Bakı vaxtı 22:44

Magistraturaya sənəd qəbulu başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevral ayının 11-dən 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbuluna başlayır. Bu barədə TQDK-nın rəsmi internet səhifəsi məlumat yayıb.

Bakalavrlar «Bakalavrın elekron ərizə» formasını fevralın 21-dək doldurmalı, fevralın 12-dən 22-dək ərizələrini təsdiq etdirməlidirlər. Cari ilin məzunları "Bakalavrın elektron ərizə" formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər.

İmtahanın birinci mərhələsi martın 3-də keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə fevralın 17-də sınaq imtahanı keçiriləcək. Artıq bu gündən sınaq imtahanlarına internet vasitəsilə qeydiyyatın aparılmasına başlanılıb.

Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir.
This item is part of
XS
SM
MD
LG