Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

«Azərbaycan Əfqanıstandan NATO yüklərinin çıxarılmasında tranzit ölkə olmağa razılıq verib»


Araz Əzimov
Araz Əzimov
-

«2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanıstandan çıxacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılıb Avropaya və digər ölkələrə daşınacaq». APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.

Araz Əzimov hazırda Azərbaycan ərazisindən İSAF əməliyyatı çərçivəsində Əfqanıstana yüklərin daşınmasının davam etdiyini deyib. O qeyd edib ki, Azərbaycan bu imkanı NATO-ya öz töhfəsi kimi təqdim edib:

«Bu tranzit imkanlardan NATO-ya üzv ölkələr, tərəfdaş ölkələr istifadə edir. Düzdür, 2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanıstandan çıxarılacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılıb Avropaya və digər ölkələrə daşınacaq. Hazırda bu imkandan istifadə edilir. Lakin daha böyük miqyasda yüklər 2013-cü ilin ikinci yarısından daşınmağa başlayacaq. Çünki bir il ərzində, yəni 2014-cü ilin ərzində bütün qoşunların çıxarılması planlaşmış şəkildə olmalıdır. Birdən-birə bütün yüklərin çıxarılması mümkün deyil. Çünki İSAF bu ilin sonuna qədər Əfqanıstanda qalmalıdır və öz missiyasını yavaş-yavaş yerli hökumətə təhvil verilməlidir.

Əfqanıstan hökuməti bütün imkanları ona yönəldib ki, ölkənin bütün ərazisinə öz suveren nəzarətini təmin etsin və təhlükəsizliyin təminatı məsələsinə özü nəzarət etsin. Bu proses indi də davam edir və demək olar ki, 90 faiz yerinə yetirib. Biz də öz tərəfimizdən Əfqanıstanla bütün istiqamətlərdə əməkdaşlıq edirik və əməkdaşlığı davam etdirməyə hazırıq».

Fevralın 6-da Bakıda Əfqanıstandakı vəziyyətin sabitləşdirilməsi üzrə İstanbul prosesinin yüksək vəzifəli şəxslərinin 4-cü iclası keçirilir. Bu toplantı İstanbul prosesinin xarici işlər nazirlərinin apreldə Almatıda keçiriləcək iclasına hazırlıq xarakteri daşıyır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG