Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

Ağ evin saytında Əhmədlinin su problemi - Video


Facebook şərhləri 06.02.13

-
Facebookdan şərh yaz

-


İmza toplamağın ənənəvi və yeni üsulları. Əvvəllər qapı-qapı gəzib toplanan imzaları artıq petisiyalar əvəz edir.

Ağ evin saytında açılan petisiyaların hüquqi dəyəri nə dərəcədədir? Bəs azərbaycanlılar bu imkandan necə istifadə edirlər?

AzadlıqFM-də bu suala cavab axtarmışıq:

Ruslan Əsəd:

- Xocalı ilə bağlı imkan düşmüşdü, insanlar da bundan istifadə edib imza kampaniyasına qoşuldular... İmzatoplama imkanı Amerika xalqının öz prezidentiylə ünsiyyət qurmağıdır. Məncə ABŞ-da yaşayan azərbaycanlılar çalışıb konqreslə işləməlidir. Bu daha effektivdir.

- Azərbaycanda ciddi insan hüquqları, demokratiya problemləri var. Təkcə Xocalı, Qarabağla bağlı Qərb ölkələrinə müraciət etməməliyik. Biz ölkədəki problemlərlə bağlı da imzatoplamalar keçirməliyik.

- Azərbaycanda hakimiyyətlə xalq arasında ünsiyyətə ehtiyac var. Yaxşı olardı ki, biz özümüz belə bir ünsiyyət forması yaradaq.

Pərviz Əzimov:

- Ağ Evin saytındakı imzatoplama məsələlərinə Güney Azərbaycanda olan problemləri də əlavə etmişik. Düşünürük buna da xeyli insanlar qoşulacaq. Amerikada yaşayan dostlarımıza da müraciət etdik ki, ABŞ-da yaşayan dost, qohumlarını bu kampaniyaya qoşsunlar.

Fikrət Hüseynli:

- İmzatoplamalar Avropada elitar sistem kimi qəbul edilir. Bu bir dünya sistemidir və kifayət qədər də effektivdir.

Hikmət Hacızadə:

- İmzatoplama demokratik, liberal ölkələrin dəyəridir. Sovet vaxtı insanlar Azərbaycanın müstəqil olması üçün imzalar verirdilər. Amma biz kimdən kimə şikayət edirdik? İndi heç kim heç kimin kitabını oxumur. İmzatoplama ən yaxşı təbliğat və təşviqat formasıdır.

Daha ətraflı dinləmək üçün:

XS
SM
MD
LG