Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:33

İran azərbaycanlıları ilə bağlı Ağ Evə müraciətə imza atanlar 20 000 nəfəri keçir


Azerbaijan - the screen shot of the petition of azeries on White House web page, undated
Azerbaijan - the screen shot of the petition of azeries on White House web page, undated
-



Azərbaycanlı fəallar Obama Administrasiyasına İranda yaşayan azərbaycanlıların fundamental insan haqlarının pozulmasını tanıması üçün imza toplayırlar. Yanvarın 13-dən Ağ Evin saytına yerləşdirilən müraciətə fevralın 5-ə qədər 21 000 nəfərə yaxın adam imza atıb.

Fevralın 12-ə qədər sənədə imza atanların sayı 25 minə çatsa, müraciət ABŞ Konqresində nəzərdən keçirilə bilər.

Sənəddə qeyd edilir ki, iran İslam Respublikası ölkədə yaşayan azərbaycanlılara öz ana dillərində təhsil almağa, müstəqil media orqanları qurmağa, öz mədəniyyətlərindən azad şəkildə faydalanmağa imkan vermir: “Bu hüquqları tələb edən fəallar oğurlanır, həbsxanalardan işgəncələrə məruz qalır, hətta qətlə yetirilirlər”, - deyə sənəd müəllifləri qeyd edirlər.

Müraciətə imza atanlar Obama administrasiyasından xahiş edirlər ki, etnik azərbaycanlıların üzləşdikləri bu problemləri də İranla bağlı müzakirələrdə qaldırsın.

ABŞ hökumətinin rəsmi sənədlərində İranda əhalinin azı 16 faizinin - 12 milyona yaxının azərbaycanlı olduğu qeyd edilir. Amma azərbaycanlı fəallar onların sayının 30 milyon nəfəri keçidiyini deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG