Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

Bir gömrük dastanı: İşadamı və «Broker»


Bədrəddin Quliyev
Bədrəddin Quliyev
-
İşadamı Bədrəddin Quliyev deyir ki, Türkiyədən gətirdiyi yükü «Sınıq Körpü» Gömrük-Keçid Məntəqəsindən buraxmırlar, mallarını «Broker» MMC-nin əməkdaşları elə sərhəddəcə saxlayıb:

«Uzun müddətdir Türkiyədən PVC profili gətirirəm. İndiyədək gömrükdə heç bir problemlə rastlaşmamışam. Tələb olunan rüsumu, ƏDV-ni və digər lazım olan vergiləri ödədikdən sonra rahatca malımı keçirmişəm. Bu dəfə elə olmayıb – fevralın 2-dən bir yük maşını dolu malım qalıb sərhəddə. Gömrük qalıb bir tərəfdə, «Broker» MMC-nin əməkdaşları malı sərhəddən buraxmırlar. Deyirlər ki, bu mal artıq inhisara alınıb, heç kim gətirə bilməz bundan sonra. Gömrükdən də deyirlər ki, bizlik deyil, onlar buraxsın, əvvəlki qayda ilə yola salaq. Belə çıxır ki, MMC dövlət orqanı olan gömrük məntəqəsinin səlahiyyətlərini mənimsəyib. Demək, «Broker» MMC-nin sərhəddə istədiyi malı saxlamaq, istədiyini də buraxmaq səlahiyyəti var. Bu səlahiyyəti onlara kim verib, bilinmir. Əslində, onların işi mal keçirən şəxslərə pullu xidmət göstərməkdir. Belə qənaət yaranır ki, həmin MMC elə inhisarçıların özlərinə məxsusdur».

«Sınıq Körpü» Gömrük-Keçid Məntəqəsindən Bədrəddin Quliyevə məxsus yükün saxlanılmasını təsdiqləsələr də, səbəbini açıqlamaq istəmədilər:

«Biz Bədrəddin Quliyevin özünə başa salmışıq ki, nə etmək lazımdır. Onlara əməl eləsin, mallarını buraxmaqda heç bir problem yoxdur».

«Broker» MMC-dən isə suallarımızı cavablandırmadılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG