Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 23:59

Bolqarıstan partlayışa görə Hizbullah-ı suçlayır

-

Ötən ilin iyulunda Bolqarıstan paytaxtı Sofiyada israilli turistlərin olduğu avtobusu partladanlar arasında Livanın Hizbullah təşkilatı ilə əlaqəli iki şəxs də var.

Bunu Bolqarıstanın daxili işlər naziri bildirib.

Həmin partlayışda 5 israilli turist öldürülmüşdü.

Bolqarıstan polisinin bu qənaəti Avropanın da ABŞ kimi Hizbullah-ı terrorçu qurum kimi tanımasına yol aça bilər.

Nazir Tsvetan Tsvetanov bildirib ki, ümumlikdə partlayışın həyata keçirilməsində 3 nəfər iştirak edib.
This item is part of
XS
SM
MD
LG