Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:45

Hakim Nigarı ev dustaqlığına buraxmadı


-
Fevralın 5-də Sumqayıt şəhər Apelyasiya Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun apelyasiya şikayətinə baxılıb.

Müdafiə tərəfi Nigar Yaqublunun haqqında seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, məhkəmə istintaqının qismən yenilənməsi haqda vəsatətlər verib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin olunmayıb. Məhkəmə istintaqının qismən yenilənməsi ilə bağlı vəsatət isə təmin edilib.

Növbəti məhkəmə prosesi fevralın 21-də olacaq.

Nigar Yaqublu 2012-ci il sentyabrın 11-də tutulub. Onun həbsi Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG