Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 22:49

Azərbaycanda sürət qatarı fəaliyyət göstərəcək

Böyük Bakının Regional İnkişaf Planı layihəsinə görə, 2030-cu ildə Abşeron yarımadası ərasizində sürət dəmiryol xəttinin çəkilişi nəzərdə tutulub.

Trend-in məlumatına görə, elektrik qatarı uzunluğu 90 kilometr təşkil edəcək xətt üzrə hərəkət edəcək.

Üzərində işlərin hələ başa çatmadığı plana görə, bu xətt Biləcəri dəmiryol stansiyasından başlayacaq və M.Ə.Rəsulzadə, «8-ci kilometr», Sabunçu, Suraxanı, Binə, Mərdəkan, Maştağa, Zabrat, eləcə də Novxanı və Pirşağı qəsəbələrini əhatə edəcək.

Plan Bakının 11 rayonunu, eləcə də Sumqayıt və Xırdalan da daxil olmaqla, ümumi sahəsi 280 min hektar olan Abşeron rayonunu əhatə edəcək.
This item is part of
XS
SM
MD
LG