Fevralın 4-də prezident İlham Əliyev Azərbaycanın Efiopiyadakı səfirliyinin fəaliyyətinin təminatı barədə sərəncam imzalayıb.
Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, Əddis-Əbəbə şəhərində Azərbaycan səfirliyinin maddi-texniki təchizatı və maliyyələşdirilməsi məsələlərini həll etsin.
XİN-ə səfirliyin strukturu və ştat cədvəlini təsdiqləmək tapşırılıb.
Bu, Azərbaycanın Şərqi Afrikada ilk səfirliyidir.